Əli Kərimilinin xərəklə təmin edilməməsinə hospitaldan CAVAB+VİDEO




“Əli Kərimli DİN Hospitalında bütün müayinələrdən keçdikdən sonra evə buraxılıb”.



Bunu Daxili İşlər Nazirliyinin Hospitalının rəisi İsbi Babaxanov bildirib. O, bildirib ki, 19 oktyabr tarixində 1965-ci il təvəllüdlü Kərimli Əli Əmirhüseyn oğlu polis əməkdaşlarının tövsiyəsi ilə hospitalda tibbi müayinələrdən keçib.

“Onun sol alın nahiyəsində yüngül dəri cızıqları müşahidə edilib. Vətəndaş Kərimli hospitalda baş beyin kompüter tomoqrafiyası, abdominal və torakal kompüter tomoqrafiyası, rentgenoqrafiya müayinələri və qarın boşluğunun ultrasəs müayinələrindən keçib. Heç bir patoloji hal aşkar edilməyib. Buna görə də xəstə evə buraxılıb və müayinə protokolları ona təqdim olunub”.

Əli Kərimlinin sosial şəbəkələrdə “Hospitalda məni xərəkdən istifadə etmədən müayinələrdən keçiriblər” iddiasına cavab verən İ.Babaxanov deyib ki, Əli Kərimli, hospitala gələrkən, müayinələrdən keçərkən xərəkdən istifadəyə və kənar şəxslərin ona köməkliyinə ehtiyac olmayıb.

“O, bütün müayinə kabinetlərini öz ayağı ilə gəzərək keçib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu