Röyadan Azərinin “Azəri deməyin” iradına dəstək: “Afərin, əziz bacım”
Xalq artisti Röya Ayxan Azərinin məşhur aparıcı Okan Bayülgenin “Muhabbet Kralı” verilişində qonaq olarkən “Azəri deməyin, Azərbaycan türkcəsi deyin” iradına münasibət bildirib.
Minval.info xəbər verir ki, Röya sosial şəbəkədə paylaşım edərək həmkarına dəstək olub:
“Hər dəfə İstanbulda hər işimin öncəsində “ “Mənə azəri deməyin, mən azərbaycanlıyam” deyib, niyəsini də başa salırdım. Afərin, mənim əziz bacım. Bəlkə indi hamıya çatar”.