DİM: Vəkil olmaq istəyən 135 namizəd müsabiqə şərtini ödəyib




Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə vəkil olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Mərkəzdən "Report"a verilən məlumata görə, imtahan saat 10.00-da başlayıb və 3 saat davam edib.

İmtahan kompüter vasitəsilə elektron qaydada aparılıb. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 240 namizəd qeydiyyatdan keçib, 7 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 233 namizəddən 135 nəfər müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu