Əvəz Zeynallı da Rauf Arifoğlunu dəstəklədi - VİDEO




Xural TV-nin rəhbəri Əvəz Zeynallı Xətai 35 saylı seçki dairəsindən deputatlığa namizəd Rauf Arifoğlu barədə danışıb. Ə.Zeynallı R.Arifoğlunu həm media, həm də siyasət adamı kimi təhlil edib və onun seçkilərdəki şansına qiymət verib.



“Xural” rəhbəri bildirib ki, hazırda ölkənin ən məsuliyyətli və ağır dönəmlərindən birini yaşayırıq. Parlament seçkiləri təyin olunub və media, siyasət cameyəsi olaraq bu prosesin içindəyik: “Təbii ki, məni ən çox düşündürən Azərbaycan mediasının əhvalıdır. Çünki seçkilər başlayan kimi biz bu medianı daha rahat gördük. Öarlament seçkilərini müstəqil media olaraq çox rahat keçirirəm. Əvvəlki kimi bir kurator yoxdur. Amma məni düşündürən parlament seçkilərindən sonra ölkə mediasının halı və əhvalının necə olacağıdır. Hansı qurumlar qalacaq, hansı qurumlar gedəcək. Görünən odur ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov parlamentə gedəsi olmadı. Media ilə bağlı da müəyən araşdırma və yapılanmalar olacaq. Həm KİVDF, həm də Mətbuat Şurasında. O baxımdan mənim üçün Rauf Arifoğlu çox önəmli simadır. Mən dəfələrlə çıxışlarımda, yazılarımda ölkə rəhbərliyinə də müraciət etmişəm. Dəfələrlə və dəfələrlə demişəm ki, siz bizə inanmırsızsa öz inandığınız adamlarla medianı düzəldin, qurun. Əgər Rauf Arifoğlu parlamentə keçərsə, qəbul olunarsa, bizim media sahəsində müəyyən dönüşlər olacaq. Çünki mən bir neçə dəfə TV Müsavatın efirində çıxış edəndə – ponda parlament seçiləri söhbəti yox idi – Rauf bəy canlı efirə aparıcı vasitəsilə öz sözünü deyib. Mən demişəm ki, Mətbuat Şurası buraxılmalıdır, ordan Rauf Arifoğlu canlı-canlı yazıb ki, “bəli, buraxılmalıdır”. Dediyim odur ki, biz mətbuat adamlarıyıq və bir-birimizin dilini bilirik. İndiki seçki performansına gəlincə, orda uzun müddət təsirli və effektli bir namizədin – İqbal Ağazadənin oturuşmuş bir adamın sahəsinə Rauf Arifoğlu girdi və çox yaxşı performans göstərdi və yüksələn xətt üzrə gedir. Yəni, belə şeylər o qədər də asan olmur. Mən də seçki prosesini zamanında keçmişəm və hazırda da seçki prosesini izləyirəm. Görünən odur ki, Azərbaycan mediasını parlamentdə təmsil edəcək şəxslərdən biri Rauf Arifoğlu ola bilər. Mən bunu gerçəkdən istəyirəm ki, Rauf Arifoğlu orda olsun. Çünki biz əzilmiş, sındırılmış, səhnədən uzaqlaşdırılmış medianı yenidən səhnəyə qaytarmalıyıq. Bu sahəyə qaytarılmada da uzun illərin peşəkarı kimi, bütün siyasi, mətbu dəst-xəttinə etirazımı qoruyub saxlayaraq və mən Rauf bəylə ən azı 10-15 il media mübarizəsi apardığım üçünonun hər tərəfi bilirəm. Bütün bu hissləri, düşüncələri, tariximizi xatırlayaraq, qoruyaraq parlamentə gələrsə, bugünkü performansını, seçicilərlə işləməsini görürəm, ciddi bir siyasətçi və media adamı kimi tam yetişdiyini müşahidə edirəm. Biz o zaman daha ciddi işlər görə bilərik. Mənim bütün ümidlərim budur”.

https://youtu.be/2uipwGQx3ow



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu