"Zerkalo"dan sensasion yazı: Qisas yanğısı - Əli Həsənovun trolları...




Elçin Şıxlının rəhbəri olduğu "Zerkalo" saytı seçkilərə bir neçə gün qalmış sensasion hesab ediləcək məqalə ilə çıxış edib. Bir çox seçki dairələrinin və namizədlərin təhlil edildiyi məqalədə "Qisas yanğısı - Əli Həsənovun trolları" bölməsi diqqətimizi xüsusilə cəlb etdi.

Keçmiş deputat Elşən Musayevdən bəhs edən bu bölümün tərcüməsini oxucularımıza təqdim edirik.

QİSAS YANĞISI: ƏLİ HƏSƏNOVUN TROLLARI

"Sözsüz ki, Prezidentin sabiq köməkçisi və Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri, Əli Həsənovun işdən mükafatlandırılmadan çıxarılmasını qeyd etmək lazımdır.

Onun həyat yoldaşının rəhbərlik etdiyi "Kaspi” qəzetinin hələ də dövlətdən maliyyə almamasına "təəccüblənməsi” də bu cənabın "məsumluq” dərəcəsinin göstəricisidir.

Bunu o adam deyir ki, uzun müddət ölkə mediasını "özününkülər" və "yadlar" olaraq hissələrə bölməklə müstəqil jurnalistikanı ardıcıl olaraq məhv edib. Həsənovlar, necə deyərlər "have very deep pockets”, bu ingilis dilindən tərcümədə - külli miqdarda pulu var deməkdir, amma bu Əli müəllimə kifayət deyil. O yenə də intriqa toxumları səpməyə davam edir. Milli Məclisə keçirilən hazırkı seçkidə də onun bir sıra etirazçıları önə çıxdı. Bunların arasında Elşən Musayevi xüsusilə qeyd etmək lazımdır. Bu insan klassik Əli Həsənov "troll"udur. Əli Həsənov haqqında təriflər istehsal edən əsas adamdır. Özünü beynəlxalq aləmdə Azərbaycanın maraqlarını müdafiə edən bir intelligent kimi tanıdan, amma doğma dilindən başqa bir dil bilməyən bir insandan söhbət gedir. O öz ana dilində elə bir şəkildə yazır ki, ümumiyyətlə yazmamaq daha yaxşı olardı.

Elşən Musayev Zaqatala seçkilərində yerli sakin olmamaqla və seçicilər arasında inanılmaz dərəcədə anti-reytinqə malik olmaqla deputatlığa iddialıdır. Ancaq təəccüblü olanı budur ki, seçkidən qabaq mediaya "Deputat siyahısı" olaraq sırınan məlum siyahıda da adı vardır...! İndidən əminliklə deyə bilərəm ki, bu namizəd xalqın güclü narazılığına səbəb olacaqdır. Hərçənd, bəlkə Əli Həsənov və seçkiləri ləkələməyə çalışan bütün qüvvələrin niyyəti də elə budur?!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu