2020-ci ilin ilk 3 ayında 3940 boşanma qeydə alınıb - RƏSMİ




Ədliyyə Nazirliyi 2020-ci ilin ilk 3 ayı ərzində nikaha daxilolmalar və boşanmalar haqqında statistikanı açıqlayıb.

Nazirlikdən daxil olan məlumata görə, 2020-ci ilin yanvar ayında qeydiyyat orqanlarında 4.353, fevral ayında 4.027, mart ayında isə 3.931 nikah dövlət qeydiyyatına alınıb.

Həmçinin 2020-ci ilin yanvar ayında qeydiyyat şöbələrində 1.467, fevral ayında 1.493, mart ayında isə 980 nikahın pozulması dövlət qeydiyyatına alınıb.

Qeydiyyat şöbələri tərəfindən ümumilikdə nikahın pozulması haqqında müraciət edənlərdən yanvar ayında 324, fevral ayında 278 şəxs psixoloqla söhbətə cəlb olunub və nəticədə onlardan yanvar ayında 50-i (25 cütlük), fevral ayında isə 76-ı (38 cütlük) nikahın pozulmasından imtina edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu