Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı




Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 22-nə olan statistik göstəriciləri açıqlayıb.

Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 457 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 108 221 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 38 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 518 yoluxma aşkarlanıb. Onlardan 907-si sağalıb, 20-si ölüb. Hazırda aktiv xəstə sayı 591-dir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu