TƏBİB Ağciyər Xəstəlikləri İnstitutunu "gözdən çıxarıb"?




Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda mövcud olan neqativ hallar, tibb işçiləri arasında yoluxma hallarının artması səbəbi və TƏBİB-in bu barədə gerçəkliyə uyğun olmayan absurd açıqlamalarına sözardı.



Cari ildən TƏBİB-n tabeliyində fəaliyyət göstərən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda artıq 3 ildir ki, dözülməz və acınacaqlı vəziyyət hökm sürür. Buna səbəbkar isə institutun direktoru- ixtisasca mikrobioloq olan Həqiqət Qədirovadır. Barəsində danışdığım şəxs bu günə qədər Ağciyər Xəstəlikləri İnstitutuna heç bir rəhbər tərəfindən vurulmayan misilsiz ziyanı vurub. Təkcə onu demək kifayətdir ki, işdən uzaqlaşdırdığı həkim-reanimatoloqlara görə yaranan həkim çatışmazlığı nəticəsində son 5 ay ərzində instituda müalicə 68 xəstə dünyasını dəyişib. TƏBİB isə səaliyyət sahibi olaraq qeydə alınmış ölüm faktlarına səbəbiyyət yaradan həkim-reanimatoloq çatışmazlığı haqqında bu günə qədər heç bir tədbir görməyib.

Hazırkı pandemiya dövründə belə adı çəkilən qurum tərəfindən sözügedən tibb müəssisəsində öz aktuallığını qoruyub saxlayan problemlər haqqında heç bir tədbirin görülmədiyini qeyd etməliyəm.

Məlum olduğu kimi “COVİD-19” infeksiyası ilə əlaqədar olaraq “Xüsusi Rejimli Xəstəxana” statusunda fəaliyyət göstərən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnsitutda- xüsusilə tibb işçiləri arasında “koronavirusa” yoluxma halları ciddi şəkildə artıb. Onların arasında, hətta 70 yaşında olan həkim-bronxoloq Faiq Ağayev də var. Hazırda o, ATU-un Tədrisi Cərrahiyyə Klinikasında müalicə alır və vəziyyəti ağırdır.

Maraqlı və ağlasığmaz vəziyyət ondan ibarətdir ki, TƏBİB qeydə alınmış kütləvi yoluxma halları ilə bağlı institut rəhbərliyinin məsuliyyətini heç bir zəruri araşdırma aparmadan təkzib edir. Sözügedən qurumun mətbuat sözcüsü Rəvanə Əliyevanın açıqlamalarına görə gündəlik olaraq viruslu xəstələrlə təmasda olan tibb işçiləri xəstəxanada yox, xəstəxanadan kənarda yoluxublar. Görəsən, insanları eqoist və məsuliyyətsiz adlandıran Rəvanə xanım belə məsuliyyətisz və təhlükəli qənaətə necə gəlib? Və ya onu bu qənaətə gəlməyə, belə gülünc açıqlama verməyə kim və nə vadar edib?

Əvvəla onu qeyd edim ki, institut artıq bir neçə gündür ki, yalnız “COVİD-19” infeksiyasına yoluxmuş xəstələri qəbul edir. Xəstəxanada yatan vərəmli xəstələr bu səbəbdən dolayı dispanserlərə təxliyyə edilib.

TƏBİB-in tibb işçiləri üçün tərtib edilmiş müvəqqəti rəhbərlik adlı konseptual sənədinə əsasən müəyyən edilmişdir ki, tibb işçiləri yüksək riskli kateqoriyaya daxildir və onların təhlükəsizliyi başlıca məsələdir.

Buna baxmayaraq, institutun 70 yaşlı dirketoru Həqiqət Qədirova tibb işçilərinin biotəhlükəsizliyinə biganəlik nümayiş etdirərək 24.04.2020-ci il tarixdə karantin qaydalarını kobud sürətdə pozdu və bu barədə TƏBİB-dən ciddi xəbərdarlıq aldı. Amma qeyd olunduğu kimi son günlər gerçəkləşən yoluxma halları ilə bağlı TƏBİB institut rəhbərliyini deyil, işçiləri təqsirkar görür. Onların xəstəxanada yox, məhz kənar mühitdə yoluxduğu iddia edilir.

Qeyd edim ki, institutda tibb işçilərinin tibbi ləvazimatlarla (əlcək, önlük, N95 maska, biomühafizəedici geyim, eynək, spirt və.s) təminatında ciddi çatışmazlıq və natamamlıq mövcuddur. Bu isə yoluxma riskinin kifayət qədər yüksək olduğuna dəlaət edir. Belə olan halda necə demək olar ki, işçilər xəstəxanada yox, məhz kənar mühitdə yoluxublar?!

TƏBİB-in mövqeyini əsassız bilməyi mümkün edən digər faktlar isə ondan ibarətdir ki, institutda “COVİD”-19 infeksiyası üçün tibbi standartla uyğun olan 8 palata (boks) olduğu halda, bu gün instituda virusa yolxuma səbəbinə görə müalicə alan şəxslərin sayı 100-dən çoxdur. İlk ölüm və tibb işçiləri arasında ilk yoluxma faktı məhz bu xəstəxanada qeydə alınıb. Xəstəxana daxilində yoluxmaya yaradılan zəmin haqqında institutun “Konsultativ-Poliklinika” şöbəsinin müdürü Nailə Mahmudovanın səhlənarlıq və özbaşınalığını qeyd etməkdə də fayda var:

İnstitut rəhbərliyinin təşəbbüsü mətbutda dərc edilmiş “Öləcəyimi düşünürdüm” – Koronavirus xəstəsi yaşadıqlarını anlatdı” başlıqlı məqalədən sitatlar: 15.04.2020 http://1arada.az/ol%C9%99c%C9%99yimi-dusunurdum-koronavirus-x%C9%99st%C9%99si-yasadiqlarini-anlatdi/

“Bu insanlar xəstələrin vəziyyəti pisləşdikdə, hətta xüsusi geyim və maska olmadan da həyatlarını təhlükəyə ataraq, palataya gəlir və onlara yardım göstərirlər. Xəstəni vəziyyətdən çıxarmaq üçün yoluxmağı belə gözə alırlar.”

“Baş həkimin müavini Nailə xanım hətta boş vaxtlarda palataları gəzərək xəstələrlə söhbət edir, onları yaşamağa ruhlandırır, tezliklə sağalıb ayağa qalxacaqları barədə söhbətlər edir. Bu isə koronavirus xəstələri üçün çox vacibdir”.

Göründüyü kimi TƏBİB-in təkzib etməsinə baxmayaraq, institut daxili tibb işçiləri arasında yoluxmanın konkret səbəbləri institut rəhbərliyinin özbaşınalığı, səriştəsizliyi və mövcud çatışmazlıqların aradan qaldırılmasına qarşı olan biganəliyidir. Hətta bunlar azmış kimi maddi maraqlara görə intituta hərbi çağırışçılar qəbul edilir. Sabahın əsgərləri olacaq gənclərin həyatı təhlükəsizliyi Həqiqəti Qədirovanı qətiyyən maraqlandırmır. Müşahidələrim və mənə ünvanlanan şikayətlərin məğzi onu göstərir ki, xanım Qədiorvanın əsas işi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək işçiləri təhqir etmək, onlara hədə-qorxu gəlmək və gülünc doğuran təqiblə bağlıdır.

İctimai vəkil Samir ZEYNALOV



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu