Həbs olunan rəisin yerinə yeni təyinat




Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olub.



AFN musavat.com-a istinadən bildirir ki, bundan sonra Konsulluq İdarəsinin rəisi vəzifəsini Səfərov Emil Firdovsi oğlu icra edəcək.

Qeyd edək ki, Emil Səfərov Azərbaycanın Belçikadakı səfirliyinin birinci katibi vəzifəsində çalışıb.

Məlumat üçün bildirək ki, bir müddət öncə XİN-nin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov həbs edilmişdi. O, rüşvətalma və digər cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu