Məhkəmə icra başçısı haqqında qərar verdi - YENİLƏNİB





Binəqədi Rayon Məhkəməsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmirdə keçirdiyi əməliyyat zamanı saxlanılan icra başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.



AFN report-a istinadən xəbər verir ki, hakim Vüqar Məmmədovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən, C.Cəfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məhkəmə icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçib.

***

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan icra başçısı Ceyhun Cəfərova irəli sürülən ittihamlar məlum olub.



"Report” xəbər verir ki, C.Cəfərov 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

Əməliyyat zamanı icra başçısı ilə yanaşı başçının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslər saxlanıldığı bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu