Lalə Şövkət xəstəxanadan buraxıldı
Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkət müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Bu barədə “Qafqazinfo”ya siyasətçinin oğlu Sidqi Şövkət məlumat verib.
O qeyd edib ki, L. Şövkətin vəziyyəti yaxşılaşmağa doğru gedir: “Həkimlər onun səhhətini nəzarət altında saxlayır”.