"Bakcell" neftçiləri təbrik etdi




"Bakcell" xidmətlərindən istifadə edən neftçilər gün ərzində şəbəkədaxili pulsuz danışacaqlar.



Sentyabrın 20-si Azərbaycanda “Əsrin müqaviləsi”nin 26 illiyidir və eyni zamanda Neftçilər Günü kimi qeyd olunur.

Peşə bayramı günü münasibətilə Bakcell şirkəti bütün neftçiləri təbrik edib. Bu münasibətlə şirkət onlara təbrik SMS-i yollayıb. Bundan başqa, "Bakcell" neft sektorunda çalışan abunəçilərinə gün ərzində şəbəkədaxili pulsuz danışıq hədiyyə edib.

Beləliklə, "Bakcell" xidmətlərindən istifadə edən neftçilər bu gün heç bir ödəniş etmədən şəbəkədaxili istədikləri qədər zəng edə biləcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu