İlham Əliyev: “Azərbaycanlılar münaqişədən sonra Qarabağa qayıtmalıdır” – Rusiya mediası


Əvvəllər Dağlıq Qarabağ ərazisində yaşamış azərbaycanlılar münaqişə həll olunduqdan sonra evlərinə qayıtmalıdırlar.



KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Birinci Kanal”da “Vaxt göstərər” verilişinin efirində deyib.

“Bu, Madrid prinsipləri adlanan təməl prinsiplərində öz əksini tapıb. Münaqişə sülh yolu ilə həll edildikdən sonra Azərbaycan əhalisi işğal olunmuş ərazilərə qayıtmalıdır”. Azərbaycan lideri bildirib.

O, əlavə edib ki, münaqişə tərəfləri ilə barışıq sazişinin imzalanması ilə ermənilər və azərbaycanlılar “uzun illər olduğu kimi” birlikdə yaşamalıdırlar.

Sentyabrın 27-də Azərbaycan Müdafiə Nazirliyi “Qarabağdakı təmas xəttindəki yaşayış məntəqələrini atəşə tutan Ermənistan Silahlı Qüvvələrinin hərəkətlərinə cavab olaraq “əks-hücum əməliyyatı”na başladığını elan edib.

Hərbi əməliyyatlar nəticəsində hər iki tərəfdə mülki və hərbi itkilər var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu