Azərbaycanda yenidən distant təhsilə keçilir - gələn aydan
Azərbaycanda təhsil yenidən distant formada keçiriləcək.
Nazirlər Kabinetinin bu gün verdiyi qərara əsasən, Xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada olacaq.
Müəyyən edilməlidir ki, bu Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycanın baş dövlət sanitariya həkiminin və ya Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər.
Qeyd edək ki, bu Qərarla bağlı sabah təşkil ediləcək brifinqdə daha ətraflı məlumat veriləcək.