Məktəblərdə Yeni İl tədbiri keçirməyə qadağa qoyulub? - NAZİRLİKDƏN AÇIQLAMA


Yeni İl münasibəti ilə məktəblərdə bayram tədbirinin keçirilməsinə qadağa qoyulduğu iddia olunur.


AFN.az xəbər verir ki, iddialara görə, bayramın təşkil edilməyəcəyi ilə bağlı əvvəlcədən valideynlərə məlumat verilib. Məktəblər isə qərarın nə ilə əlaqədar olduğunu əsaslandırmayıblar.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirildi ki, iddialar yalandır. Bununla bağlı heç bir rəsmi qadağa yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu