Sarımsaqdan belə istifadə edin, MÖCÜZƏVİ FAYDALARINDAN YARARLANIN! - VİDEO


Hər yeməyə xüsusi dad verən sarımsaq faydaları ilə də hər zaman ön plandadır. Bədəndəki bir çox problemə yaxşı təsir edən bu bitki müntəzəm istehlak edildikdə bir çox xəstəliklərin qarşısını alır.


Məsələn, bağırsaq sistemi üçün az qala möcüzədir. Bağırsaqların nizamlı işləməsini təmin edir və bağırsaq qurdlarının azalmasına kömək edir. Bağırsaqların güclü və nizamlı işləməsi qış xəstəliklərindən və epidemiyalardan qorunmağa kömək edir.

Xolesterini aşağı salır və sidikqovucu xüsusiyyəti ilə yüksək təzyiqə faydalıdır. Ona görə də təzyiq problemi olanların tez-tez istehlak etməsi lazımdır.

Bundan əlavə, gecə yatmazdan əvvəl bir diş sarımsaq yemək də qəbizliyin qarşısını alır.

Xərçəngə qarşı qoruyucu təsirə malikdir. Onun əmələ gələn xərçəng hüceyrələrinin yayılmasının qarşısını aldığına dair fikirlər var.

Təbii antibiotikdir. İnfeksiyaları məhv edir. Yəni həkimin üzünü uzun müddət görməməyinizi dəstəkləyir.

AFN.az xəbər verir ki, faydaları sonsuz olan sarımsaq haqqında dietoloq Moomal Asif "10 dəqiqəlik" qaydanı paylaşıb. Dietoloq bildirib ki, sarımsağa istilik tətbiq edildikdə, onun tərkibindəki ən aktiv maddə olan allisin demək olar ki, tamamilə təsirini itirir və bununla da sarımsağın sağlamlıq üçün faydası azalır. Həmçinin, bişirmə texnikanızda sadə bir dəyişiklik sarımsağın sağlamlıq faydalarını qorumağa kömək edə bilər.

Moomal Asifin paylaşdığı bu qayda isə bundan ibarətdir: Sarımsağı əzin və ya rəndələyin. 10 dəqiqə istidən uzaq saxlayın. Bu müddət ərzində maksimum allicin əmələ gəlir və bişirmə zamanı toxunulmaz qalır. Sonra istədiyiniz qədər bişirə bilərsiniz.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu