Minlərlə pinqvin sahildə ölü tapılıb


Uruqvay sahillərində 2000-ə yaxın Magellan pinqvininin son dərəcə arıq bədənləri ilə ölü tapılıb.


Uruqvayın Ətraf Mühit Nazirliyindən Carmen Leizagoyen bildirib ki, bu, suda ölüm nisbətinin doxsan faizidir: "Gənc nümunələr yağ ehtiyatları olmadan və acqarına gəlir".

Kütləvi ölümün səbəbi hələ də məlum deyil, lakin alimlər ekstremal iqlim dəyişikliyinin növlərin sürətlə azalmasına səbəb olmasından narahatdırlar.

2004-cü ildən ekspertlər Macellan pinqvinlərini (Spheniscus magellanicus) təhlükə altında olan növ hesab edirlər.

Son 30 il ərzində Cənubi Amerikanın şərq sahillərində yüzlərlə quşun ölü tapılması adi hala çevrilib.

Məsələn, 2010 - cu ildə Braziliya çimərliklərində 550-dən çox pinqvin aclıqdan ölüb .

İki il sonra ölkənin sahil zolağında daha 745 pinqvin ölüb. Maraqlıdır ki, bu kütləvi ölümlər mütləq eyni səbəbdən baş vermir.

Məsələn, məlum olub ki, 2019-cu ildə Argentinada həddindən artıq istilər nəticəsində 354 pinqvin yuva qurduğu yerlərdə ölüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu