Ağ Ev: “Bayden Putinlə telefon söhbətində geri çəkilmədi...”


Ağ Ev sözçüsü Jen Psaki brifinq zamanı ABŞ prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinlə söhbəti zamanı "geri çəkilmədiyini" və narahatlıqlarını açıq şəkildə söylədiyini deyib.



Psaki "Bayden söhbət prezident Putin və Rusiya rəhbərliyinin hərəkətlərindən gedərkən bir an da greri durmadı, hər şeyi açıq bildirdi”, - deyə bildirib.

Mətbuat katibi əlavə edib ki, söhbətdə Amerika prezidentinin "aydın məqsədləri” var idi ki, o da bunları reallaşdırmağı bacardı.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ başçıları Vladimir Putin və Co Bayden arasında ilk söhbətin təfərrüatlarını açıqlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu