Putin mobil telefon istifadə etmədiyini açıqlayıb


Rusiya Prezidenti Vladimir Putin mobil telefon istifadə etmədiyini bildirib.


“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, V.Putin Şərq İqtisadi Forumunda moderatorun sualına cavab verərkən bu barədə danışıb.

“Dəqiq sizin Angela Merkel kimi üstünüzdə telefon yoxdur, buna görə də tədbir zamanı zəng gəlmir. Yeri gəlmişkən, ümumiyyətlə sizin mobil telefonunuz var?”, - moderator soruşub.

“Yox”, - Putin cavab verib.

Qeyd edək ki, Almaniya Kansleri Angela Merkel Moskvaya son səfəri zamanı Vladimir Putinlə görüşdə mobil telefonuna zəng gəlməsi ilə yadda qalmışdı. A.Merkel telefonu səssiz rejimə keçirərək yenidən cibinə qoymuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu