Türkiyədə qatarla mikroavtobus toqquşub, 4 nəfər həyatını itirib


Türkiyənin Tekirdağ şəhərində qəza hadisəsi baş verib.


“TRT Haber”in məlumatına görə, hadisə Ergene bölgəsində olub.

Bildirilib ki, yük qatarı ilə mikroavtobusun toqquşması nəticəsində 4 nəfər həyatını itirib.

Daha 7 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu