Belarus Nyu-Yorkdakı Baş konsulluğunu bağladı


Belarusun Nyu-York şəhərindəki Baş konsulluğu fəaliyyətini dayandırıb.


“Qafqazinfo” xəbər verir ki, Belarusun Baş naziri Roman Qolovçenko bu barədə qərar imzalayıb.

Sözügedən qərara əsasən, 2021-ci il oktyabrın 20-dən etibarən Belarusun Nyu-York şəhərindəki Baş konsulluğu bağlanır.

Qeyd edək ki, Baş konsulluq daha əvvəl yaydığı məlumatda Amerika tərəfinin tələbi ilə oktyabrın 21-də öz fəaliyyətini dayandıracağını açıqlamışdı. İki ölkə arasındakı münasibətlər 2020-ci ilin yayında pisləşib. Belarusda prezident seçkiləri fonunda baş verən etiraz aksiyalarının qarşısının alınması Amerika hökumətində mənfi rəylərə səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu