İrəvanda tibb işçiləri kütləvi tətil elan etdi


İrəvanda təcili tibbi yardım əməkdaşları etiraz aksiyası keçirir.


“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, tibb işçiləri əməkhaqqlarının az olmasından şikayət edərək tətil elan ediblər.

Sürücülərdən biri Serjik Qasparyanın sözlərinə görə, son aylar zənglərin sayı iki dəfə artsa da, maaş əvvəlki kimi qalıb. O qeyd edib ki, qaydalara əsasən, sutkada 17 çağırışa getməli olsalar da, hazırda çağırışların sayı 30-u ötüb. O bildirib ki, işin çoxluğu səbəbindən nə nahar etməyə, nə də istirahət etməyə vaxt kifayət etmir.

Aksiya iştirakçıları bildiriblər ki, rəsmi şəxslər onlarla görüşməyənə qədər işləməyəcəklər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu