Rusiya Ukraynada vurduğu ümumi texnika sayını açıqladı


“Rusiya Silahlı Qüvvələri xüsusi hərbi əməliyyat başlayandan bu yana Ukraynaya məxsus 124 təyyarə və 84 helikopter vurublar”.


Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

Onun sözlərinə görə, fevralın 24-dən etibarən Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinə məxsus 381 pilotsuz uçuş aparatı, 1882 tank və digər zirehli döyüş maşını, 203 reaktiv yaylım atəşi sistemi, 786 artilleriya və minaatan, eləcə də 1764 xüsusi hərbi avtomobil texnikası sıradan çıxarılıb.

Bununla yanaşı, rusiyalı hərbçilər son sutka ərzində Ukraynada 67 hərbi obyektə zərbə endirib.

“Bundan əlavə, Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın iki “Mİ-24” tipli helikopterini və 24 PUA-sını vurublar”, - deyə məlumatda qeyd olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu