Putin general Rüstəm Muradova yeni vəzifə verdi


General-leytenant Rüstəm Muradov Rusiya Silahlı Qüvvələri Şərq Hərbi Dairəsinin komandanı təyin edilib.


O, bu vəzifədə general-polkovnik Aleksandr Çaykonu əvəz edəcək.

“Rusiya Qəhrəmanı Rüstəm Usmanoviç Muradov ölkənin döyüş tərkibinə görə ən qüdrətli hərbi dairələrindən biri olan Şərq Hərbi Dairəsinin komandanı təyin edilib”, – məlumatda bildirilir.

Rüstəm Muradov 1973-cü ildə Dağıstanın Dərbənd rayonunun Çinar kəndində anadan olub. O, Sankt-Peterburq Ali Əlahiddə Ümumqoşun Komandanlıq Məktəbinin, Rusiya Silahlı Qüvvələrinin Əlahiddə Ümumqoşun Akademiyasının və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının məzunudur.

R.Muradov 2017-ci ilin noyabrından 2019-cu ilin yanvarınadək Volqaboyu Mərkəzi Hərbi Dairəsinin 2-ci Qvardiya Əlahiddə Ümumqoşun Ordusuna rəhbərlik edib. Daha sonra Cənub Hərbi Dairəsinin komandirinin müavini təyin edilib. 2020-ci ilin noyabrından 2021-ci ilin sentyabrına kimi o, Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlı kontingentinə rəhbərlik edib.

2020-ci ilin fevralında Rusiya prezidenti Vladimir Putin Muradova general-leytenant rütbəsi verib.

2022-ci ilin iyulunda Rüstəm Muradovun Donbasda xüsusi əməliyyatda iştirak edən “Vostok” qruplaşmasına komandanlıq etdiyi məlum olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu