İranda boya fabrikində partlayış olub: Onlarla yaralı var


İranın Şərqi Azərbaycan əyalətinin Azərşəhr şəhərində "Atlasfam Paint" boya zavodunda partlayış baş verib.


AFN.az xəbər verir ki, partlayış nəticəsində 10-u ağır olmaqla ümumilikdə 65 nəfər yaralanıb. Şərqi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş direktoru Həmid Mencem verdiyi açıqlamada, bu gün yerli vaxtla saat 12:42-də baş verən partlayış nəticəsində 150 ​​nəfərin zərər çəkdiyini açıqlayıb. Mencem hadisə yerinə 3 yardım və xilasetmə qrupu və təcili yardım maşınlarının göndərildiyini bildirib.

Şərqi Azərbaycan Böhran İdarəetmə Baş direktoru Muhammed Bakır Hünərber qeyd edib ki, partlayış boya anbarında baş verib və ondan sonra başlayan yanğın bütün fabrikə yayılıb. "İlkin əlamətlər göstərir ki, partlayışa boya çənindəki qaz sızması səbəb olub", - Hunerber bildirib.

Yaralıların şəhər və ətraf bölgələrdəki xəstəxanalara çatdırıldığını söyləyən Hunerber partlayışın şiddətindən yaralı sayının artma ehtimalının olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu