Xameneidən ŞOK AÇIQLAMA: "Hicab qaydalarına tam əməl etməyən qadınları..."


İranın ali dini lideri Əli Xamenei inqilab sayıla biləcək açıqlama ilə çıxış edib. O, bildirib ki, məcburi hicab qaydalarına tam əməl etməyən qadınları ateizmdə və rejimə müxaliflikdə ittiham etmək olmaz.


AFN.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Xamenei İranda “Analar günü” kimi qeyd olunan Fatimənin mövludunun ildönümü münasibətilə paytaxt Tehrandakı iqamətgahında bir qrup qadınla görüşüb. Görüşdən sonra çıxış edən ali dini lider ölkənin qərar vermə mexanizmlərinin müxtəlif səviyyələrində qadınların işə götürülməsinin vacib olduğunu ifadə edərək, “Bu gün burada Allahın izni ilə gələcəyimiz üçün çox vacib bir toplantı keçirildi, bizim üçün çox faydalı olacaq” deyib.

Gənc qadının hicab qaydalarına əməl etmədiyi səbəbi ilə polis nəzarətinə götürüldükdən sonra ölüməsilə başlayan və təxminən 4 aydır davam edən etirazlara toxunan Xamenei bildirib ki, düşmənlərin ümidi hicab qaydasına tam əməl etməyən qadınların baş örtüyünü tamamilə çıxarması idi: "Lakin bu, istədikləri kimi alınmadı”.

Baş örtüsünün dini buyruq olduğunu vurğulayan Xamenei, "Hicabın fərz olduğuna şübhə yoxdur, hər kəs bunu bilməlidir. Bu, şübhəsiz ki, əməl edilməli olan dini bir borcdur, amma çadraya tam əməl etməyənləri heç vaxt dinsiz və hakimiyyət əleyhdarı elan etmək olmaz" - deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu