FTB nə vaxt Baydenin evinə, hətta Ağ Evə basqın edəcək? - Trampdan etiraz


ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ prezidenti Co Baydenin keçmiş ofisində vitse-prezident olduğu dövrdən qalan “gizli sənədlər”in tapılmasına reaksiya verib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Tram FTB-nin Co Baydenin evinə, hətta Ağ Evə getməli, araşdırma aparmalı olduğunu deyib.

ABŞ prezidenti Co Bayden Pensilvaniya Universitetində Diplomatiya və Qlobal Münasibətlər üzrə Penn Bayden Mərkəzində fəxri professor vəzifəsində çalışıb. Onun vitse-prezidentlik dövrünə aid məxfi sənədlər isə paytaxt Vaşinqtondakı ofisində tapılıb.

Məxfi sənədlərin aşkarlanmasından sonra keçmiş prezident Donald Tramp özünün sosial media saytı olan TruthSocial-da paylaşım edərək hadisəyə reaksiya verib. "FTB nə vaxt Co Baydenin bir çox evinə, hətta Ağ Evə də basqın edəcək? Axı bu sənədlər heç vaxt məxfilikdən çıxarılmayıb".

Baydenin müşavirlərindən olan Riçard Sauber dünən ABŞ-ın keçmiş prezidenti Barak Obama dövrünə aid sənədlərin Baydenin vəkilləri tərəfindən 2 noyabr 2022-ci ildə, ofis boşaldıldığı zaman kilidli kabinetdə tapıldığını açıqlayıb. O, bildirib ki, sənədlər tapılan kimi ofisin hüquqşünasları Ağ Evlə, Milli Arxivlər və Qeydlər İdarəsi ilə əlaqə saxladığını söyləyib.

Müvafiq qurumlar sənədlərin tədqiqini davam etdirir.

Qeyd edək ki, bundan əvvəl Trampın ofisində də məxfi qrifli sənədlər tapılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu