Taliban qadınların kişi həkimlərə getməsini qadağan edir


Əfqanıstanda nəzarəti ələ keçirən Taliban administrasiyası qadınlara qarşı bir çox məhdudiyyətlər qoyub.


AFN.az ölkə mediasına istinadən xəbər verir ki, indi də Bəlx əyalətində qadın xəstələrin kişi həkimlərə getməsi qadağan edilib.

90-cı illərdən sonra 2021-ci ilin avqustunda Əfqanıstanda hökmranlığını bərpa edən Taliban rəhbərliyi “bu dəfə fərqli olacaq” demişdi. Lakin o vaxtdan bəri həyata keçirilən siyasətlər dünya miqyasında reaksiyalara səbəb olub. Ölkə mətbuatında yayılan xəbərlərə görə, Taliban administrasiyası bu yaxınlarda qadınların kişi həkimlərin yanına getməsini qadağan edib.

Əfqanıstan mətbuatında yayılan xəbərlərdə bildirilir ki, Bəlx şəhərində kişi həkimlərə qadın xəstələri, qadın həkimlərə isə kişi xəstələri qəbul etməmək göstərişi verilib. Ölkə daxilində bir çox qurum qadınların məşğulluğunu məhdudlaşdırsa da, qadın xəstələrin qadın həkim tapma ehtimalı müzakirə mövzusudur.

“8sobah” qəzetinə verdiyi açıqlamada Talibanın Bəlx Əyaləti İşləri İdarəsi də “kişi və qadın tibb işçiləri üçün iş otaqlarının ayrılması lazım olduğunu” bildirib. Açıqlamada əlavə edilib ki, kişi xəstələr kişi həkimlərin, qadın xəstələr isə qadın həkimlərin qəbuluna yazılmalı, kişilərin isə qadın xəstələrin olduğu otaqlara daxil olması qəti qadağandır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu