Ukrayna İranla diplomatik əlaqələri kəsməyə qərar verdi


Ukrayna hər an İranla diplomatik münasibətləri pozmağa hazırdır.


AFN.az xəbər verir ki, bunu “BBC News Ukrayna” ya müsahibəsində xarici işlər naziri Dmitri Kuleba deyib. O bildirib ki, buna prezident qərar verə bilər.
Kuleba qeyd edib ki, İran Ukraynaya qarşı istifadə üçün Rusiyaya kamikadze pilotsuz uçuş aparatları verməyə başlayanda “xətti keçib”.
Ukrayna Xarici İşlər Nazirliyi artıq Tehranla diplomatik münasibətləri kəsmək təklifini prezidentə təqdim edib. "Bu, bizim İrana siqnalımızdır - Rusiya ilə Ukraynaya qarşı əməkdaşlıq sizə nə qədər sərfəli görünsə də, sizi əmin edirik ki, bu əməkdaşlığın mənfi nəticələri istənilən faydadan dəfələrlə çox olacaq", - Ukrayna XİN başçısı bildirib. O vurğulayıb ki, diplomatik münasibətləri kəsmək qərarı İranın gələcək davranışından asılı olaraq hər an verilə bilər.
Kuleba verilə suala cavabında əminliklə qeyd edib ki, yanvarın 29-na keçən gecə İranın hərbi obyektlərinə hücumların arxasında kimin dayandığını bilmir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu