Çeçenistan müharibəsindəki rus qoşunları döyüşə göndərildi


Böyük itkilər fonunda hücumların intensivliyi azalsa da, rus işğalçıları Donetsk vilayətində Uqledar şəhərini ələ keçirmək cəhdlərini dayandırmır . Bundan əlavə, Rusiya Federasiyası Çeçenistandakı müharibə üçün yaradılmış briqadanı bu istiqamətə göndərib.
Tavriya vilayətinin Müdafiə Qüvvələrinin Birləşmiş Mətbuat Mərkəzinin sözçüsü Aleksey Dmitraşkivski telemarafonun efirində ötən gün Uqledar bölgəsində cəmi 15 hücumun həyata keçirildiyini bildirib. Müqayisə üçün deyək ki, bir ay əvvəl onların sayı 60-a yaxın olub.
"Ola bilsin ki, bu, hazırda avadanlıqdan fəal istifadə etməyə imkan verməyən hava şəraiti ilə bağlıdır”- deyə Dmitraşkivski bildirib.
Mətbuat katibinin kəşfiyyat məlumatlarına istinadən verdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Çeçenistandakı müharibə üçün yaradılmış 136-cı motoatıcı briqadasının qoşunları Uqledar rayonuna göndərilib. Onun vəzifəsi Donetsk istiqamətində müdafiə xəttini tutmaq və onu saxlamağa çalışmaqdır.
Qeyd edək ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin 136-cı ayrıca motoatıcı briqadası 1993-cü ilin dekabrında Buynakskda yaradılıb. Bu briqadanın xüsusi motoatıcı batalyonu iki çeçen müharibəsində vuruşub.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu