İsrail Ukraynaya öldürücü silahlar ötürməyib - Netanyahu


İsrail hökuməti ölümcül silahların Ukraynaya təhvil verilməsi ilə bağlı qərar qəbul etməyib və Ukraynaya belə silahlar çatdırılmayıb.


AFN.az "The Times of Israel"ə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. İsrailin Ukraynaya öldürücü silahlar verə biləcəyinə dair ABŞ kəşfiyyatının məlumatlarının sızması ilə bağlı xəbərlərə cavab olaraq Netanyahu belə deyib: "Bu hesabatların nəyə əsaslandığını bilmirəm. Biz humanitar məsələlərdə, mülki müdafiədə, xəbərdarlıq sistemində kömək etmək qərarına gəldik. Öldürücü silahların təhvil verilməsi ilə bağlı qərar yoxdur".

İsrailin baş naziri həmçinin bildirib ki, Ukraynada müharibənin dayandırılması üçün əlindən gələni edəcək.

“The New York Times” qəzetinin yazdığına görə, daha əvvəl sızdırılmış sənədlərdə ABŞ-ın təzyiqi artarsa ​​və ya Rusiya Federasiyası ilə əlaqələr pisləşərsə, İsrailin Ukraynaya öldürücü silahlar verməyi nəzərdən keçirəcəyi iddia edilirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu