Latviya 10 Rusiya vətəndaşının ölkəyə girişinə qadağa qoyub


Latviya müxalifət lideri, Rusiya Federasiyasında xarici agent kimi tanınan Vladimir Kara-Murzanın işi ilə bağlı 10 Rusiya vətəndaşının öz ərazisinə girişinə qadağa qoyub.


AFN.az lenta.ru-ya istinadən bildirir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs öz Tvitter səhifəsində məlumat verib. O, Kara-Murzaya qarşı işi qondarma adlandırıb. Nazir ölkəyə girişinə qadağa qoyulan şəxslərin adlarını açıqlamayıb. Rinkeviçs həmçinin müxalifətçiyə verilən cəza ilə əlaqədar Avropa İttifaqını Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinə çağırıb.

Aprelin 17-də Moskva Şəhər Məhkəməsi Vladimir Kara-Murzanı dövlətə xəyanətdə, arzuolunmaz təşkilatla əməkdaşlıqda və Rusiya Silahlı Qüvvələri haqqında yalan xəbər yaymaqda təqsirli bilərək 25 il müddətinə azadlıqdan məhrum edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu