Hansı Qərb ölkələri Ukraynada hava hücumundan müdafiə sistemlərini tədarük edir?


Ukraynaya hava hücumundan müdafiə sistemlərini təchiz edən Qərb ölkələrinin adını respublika müdafiə nazirinin birinci müavini Aleksandr Pavlyuk öz Telegram kanalında açıqlayıb.


AFN.az xəbər verir ki, o "Patriot" hava hücumundan müdafiə sistemlərinin Ukraynaya ABŞ, Hollandiya və Almaniyadan gəldiyini bildirib. "Patriot" hava hücumundan müdafiə sistemləri Ukraynaya ABŞ, Hollandiya və Almaniyadan gəlib. Biz tərəfdaşlarımıza Ukraynanın hava hücumundan müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirdiklərinə görə təşəkkür edirik!" - deyə Pavlyuk qeyd edib.

Aprelin 18-də NATO-nun baş katibi Yens Stoltenberq Kiyevə hərbi yardımın çatdırılmasını şərh edib. O, Ukraynaya daha çox silahın ötürülməsinin vacibliyini açıqlayıb. Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Qərbdən silah tədarükünün gecikməsindən şikayətlənib. Dövlət başçısının sözlərinə görə, bu, Ukrayna ordusunda itkilərə səbəb olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu