Zelenski Çex Respublikası və Slovakiya prezidentləri ilə görüşüb


Ukrayna Prezidenti Volodimir Zelenski Çex Respublikasının yeni Prezidenti Petr Pavel və Slovakiya Prezidenti Zuzana Çaputova ilə görüşüb.


Bu barədə “RBC-Ukrayna” Prezidentin bəyanatına istinadən məlumat yayıb.

Zelenski çexiyalı həmkarına səfərə görə təşəkkür edib və Çexiyanın ilk günlərdən Ukraynaya kömək etdiyini qeyd edib.

"Buça və Borodyankadan başlayan bu səfərə görə təşəkkür edirəm. Biz genişmiqyaslı işğalın ilk günündən Çex Respublikasının, hökumətinin və bütün cəmiyyətin dəstəyini yüksək qiymətləndiririk", - Prezident deyib.

Zelenski daha sonra Slovakiya Prezidenti ilə görüşüb və ona Ukraynanı dəstəklədiyinə görə təşəkkür edib.

Qeyd edək ki, Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” qırıcısını təhvil verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu