BMT: "Ukraynada müharibə başlayandan bəri 8895 dinc sakin həlak olub"


Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı 2022-ci il fevralın 24-dən 2023-cü il mayın 21-dək Ukraynada 8895 dinc sakinin həlak olduğunu, mülki əhali arasında ümumi itkilərin isə 24012 nəfər təşkil etdiyini açıqlayıb.


AFN.az-ın xəbərinə görə, açıqlama bildirilib ki, Rusiyanın təcavüzü nəticəsində 4040 kişi, 2403 qadın, 275 oğlan və 218 qız uşağı həlak olub. Daha 30 uşağın və 1929 böyüyün cinsiyyəti hələ müəyyən edilməyib. Müharibə başlayandan Ukraynada yaralanan mülki əhalinin ümumi sayı 15 117 nəfər olub. Onlardan 445-i oğlan, 314-ü qız və 276 uşağın şəxsiyyəti isə hələ müəyyən edilməyib.

UNHCHR hesab edir ki, mülki şəxslər arasında faktiki ölən və ya yaralanan sayı daha çoxdur. Belə ki, belə halların baş verdiyi yerlərdən gələn bir çox hesabat hələ də əlavə təsdiq tələb edir, döyüşlərin davam etdiyi bəzi yerlərdən gələn məlumatlar isə gecikir.

Bildirilib ki, BMT Rusiyanın işğalı altında olan Mariupol, Lisiçansk, Popasna və Severodonetskdə dinc əhali arasında itkilər barədə hələlik dəqiq məlumat əldə edə bilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu