Yaponiya NATO-ya üzv olmaq planının olmadığını açıqlayıb


Yaponiya NATO-ya daxil olmaq niyyətində deyil.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ölkənin baş naziri Fumio Kişida bildirib. "Yaponiyanın NATO-ya nə daimi, nə də assosiativ üzv kimi daxil olmaq planları yoxdur" - deyə baş nazir parlamentin yuxarı palatasının plenar iclasında açıqlayıb.

Kişidanın sözlərinə görə, hazırda alyansın Yaponiyada nümayəndəliyinin açılması mümkünlüyü müzakirə olunur, lakin hələlik heç bir qərar verilməyib.

Yaponiyada NATO-ya üzvlüklə bağlı fikirlər birmənalı deyil. İctimaiyyətin bir qismi bu prosesi dəstəkləsə də, digər qismi üzvlüyün əleyhinədir. KXDR Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Yapon Araşdırmaları İnstitutunun elmi işçisi Kim Sol-hva NATO ilə əməkdaşlığın Yaponiya üçün fəlakətli ola biləcəyi fikrini bildirib. Onun sözlərinə görə, Şimali Atlantika alyansı ilə yaxınlaşma Asiya-Sakit Okean regionunda (APR) sülh və sabitliyə xələl gətirəcək eskalasiyaya bərabərdir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, NATO-nun Tokioda ofis açmaq planları alyansın Asiya-Sakit okean regionunda möhkəmlənmək və NATO mərkəzli anti-Rusiya və anti-Çin formatlarını təşviq etmək niyyətinə dəlalət edir.

NATO-nun baş katibi Yens Stoltenberq "The Washington Post" qəzetinə müsahibəsində deyib ki, alyans Asiya-Sakit okean ölkələrini öz sıralarına qəbul etməyəcək. O, alyansın qloballaşmayacağını və Şimali Amerika və Avropa daxilində sərhədləri qoruyacağını vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu