ABŞ “hərbi Şengen zonası”na ehtiyac duyur


NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı, amerikalı general Ben Hodces “hərbi Şengen”in yaradılmasının zəruriliyini bəyan edib.

AFN.az xəbər verir ki, bu barədə “The Washington Post” yazır.

Etibarlı çəkindirmə və müdafiəni təmin etmək üçün Avropanın hərbi logistikaya sərmayə qoymasının zərurəti ilə bağlı analitiklərin fikrinə münasibət bildirən amerikalı general qeyd edib ki, Avropa İttifaqında (Aİ) zirehli maşınları daşıya bilən vaqonlar, müasir hərbi texnika yaxud körpülər və tunellər kifayət qədər geniş deyil.

Hodces “hərbi Şengen zonası”nın NATO-nun hərbi karvanlarına “alma daşıyan yük maşınları kimi" sərhədləri asanlıqla keçməyə imkan verəcəyini vurğulayb.

Bundan əvvəl Hodces NATO ordusunun Rusiya ordusu ilə müqayisədə zəif tərəflərini açıqlamışdı. Onun sözlərinə görə, Rusiya ordusu ilə müqayisədə NATO hərbçilərinin hərəkət qabiliyyəti hələ də aşağı səviyyədədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu