Pentaqon: "Ukrayna əks hücuma artıq başlayıb"


ABŞ Müdafiə Nazirliyi Ukraynanın əks-hücum əməliyyatının artıq “rəsmi olaraq başladığına” inanır. Belə ki, Amerika hərbi peykləri Ukrayna mövqelərində hərbçilərin aktivləşməsini qeydə alıb.


Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bazar ertəsi bildirib ki, Kiyev “bəzi istiqamətlərdə” hücum əməliyyatlarına keçir. Eyni zamanda, onun sözlərinə görə, "döyüşlərin episentri Baxmut istiqaməti olaraq qalır".

Bazar günü ABŞ-ın müdafiə naziri Lloyd Ostin jurnalistlərə müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin əks-hücum üçün hazır olduğuna əmin olduğunu bildirib. “Ukraynanın gözləmədiyi şey baş verəcək. Ukraynanın yararlana biləcəyi imkanlar olacaq”, - o əlavə edib və Ukrayna Silahlı Qüvvələrinin hər şeyə hazır olmasının vacibliyini vurğulayıb. Pentaqonun rəhbərinin sözlərinə görə, ABŞ və onun müttəfiqləri hazırkı qeyri-müəyyənliyi başa düşür və Ukraynaya dəstək əvvəllər düşünüldüyündən daha uzun müddətə lazım ola bilər. "Məqsədimiz onları hərbi vasitələrlə təmin etməkdir ki, uğur qazanmaq imkanı olsun", - nazir deyib. O bildirib ki, Qərb ölkələri hazırda Ukraynada Qərb silahları ilə döyüşən Ukrayna Silahlı Qüvvələrinin ümumilikdə 12 briqadasına təlim keçib. Ostin vurğulayıb ki, Qərb dövlətləri tərəfindən yaradılan və Kiyevə hərbi yardımın göstərilməsini əlaqələndirən çoxtərəfli qrup Ukraynanı silahla təmin etməyə və onun hərbi personalına təlim keçməyə davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu