Roma Papası Fransisk əməliyyatdan sonra evə buraxılıb


Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Roma Papası Fransisk qarnındakı kəsik nəticəsində əmələ gələn yırtıq səbəbilə iyunun 7-də keçirdiyi əməliyyatdan sonra evə buraxılıb.


Roma Papası 2 il əvvəl etdiyi yoğun bağırsaq əməliyyatından sonra qarnında kəsik nəticəsində yaranan yırtıq səbəbiylə 7 iyun tarixində Roma Gemelli Xəstəxanasında laparotomiya və qarın divarı protezi qoyulduqdan sonra sağalma prosesini tamamlayıb.

Bu gün səhər xəstəxanadan çıxan Papa həkim heyətinə təşəkkür edib. Katoliklərin ruhani lideri xəstəxananın qarşısında onu gözləyən jurnalistləri, xəstələri və onların yaxınlarını “Mən hələ də sağam” deyərək salamlayıb.

Xatırladaq ki, 86 yaşlı Papa nəfəs darlığı şikayətləri ilə martın 29-dan aprelin 1-dək Gemelli xəstəxanasında tənəffüs yolu infeksiyası səbəbindən müalicə aldıqdan sonra evə buraxılmışdı.

Qeyd edək ki, 2013-cü ildə Vatikanda Katolik Kilsəsinin 266-cı Papası seçilən Papa Fransisk dizindən aldığı zədə səbəbindən bir müddətdir əlil arabasından istifadə edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu