WikiLeaks-in yaradıcısı Culian Assancın həyat yoldaşı Papa Fransisklə görüşüb


İngiltərədə həbsdə olan Wikileaks-in qurucusu Culian Assancın həyat yoldaşı Stella Assanj dünən katolik dünyasının lideri Papa Fransisklə görüşüb.


Papa ofisindən verilən açıqlamada Stella Assanj və ailə üzvlərinin Papa Fransisk tərəfindən qəbul edildiyi təsdiqlənib.

Stella Assanj isə Papaya Julian Assange ilə iki toy fotosunu verdiyini vurğulayaraq, "Belmarş həbsxanası qəribə şəkildə bizim toy fotolarımızı mətbuatla paylaşmağı və ya sosial mediada paylaşmağı qadağan edir" deyib.

Julian Assanj Londonun Belmarş həbsxanasında WikiLeaks vasitəsilə məxfi hərbi və diplomatik yazışmaları dərc etdiyinə görə casusluq ittihamı ilə üzləşdiyi ABŞ-a ekstradisiyasını gözləyir.

Mənbə: DHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu