Fransada ötən gecə iğtişaşlar zamanı 159 avtomobil, 24 bina yandırılıb


Ötən gecə Fransada 17 yaşlı bir gəncin polis tərəfindən öldürülməsindən sonra baş verən iğtişaşlar zamanı 160-a yaxın avtomobil yandırılıb.


AFN.az Fransa mediasına istinadən xəbər verir ki, hadisələr zamanı ictimai yerlərdə 202 yanğın, 159 avtomobil yandırma və 24 binaya ziyan vurma, yandırma və ya yandırmağa cəhd hadisəsi baş verib.

İyunun 27-də polis məmurları Nanterredə yol yoxlaması zamanı 17 yaşlı yeniyetməni güllələyib və təhlükəsizlik rəsmilərinin dediyinə görə, o, polisin tələblərini yerinə yetirməkdən imtina edib. Hadisədən sonra Fransanın bir sıra şəhərlərində bir neçə gündür davam edən iğtişaşlar başlayıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, qırğınlar başlayandan bəri ölkə üzrə gənclər 3,8 minə yaxın avtomobili, o cümlədən polis və hökumət binalarını yandırıb, yüzə yaxın bələdiyyə binasına hücum edilib. İqtisadiyyat Nazirliyinin məlumatına görə, 250-yə yaxın bank filialı, 200 ərzaq mağazası və 10-a yaxın ticarət mərkəzi talan edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu