Litva Prezidenti: NATO sammitinin nəticələri Ukraynanı məyus etməyəcək


İyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO-nun qarşıdan gələn sammitinin nəticələri Ukraynanı məyus etməyəcək və adi haldan daha çox razılıq yaradacaq.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Litva prezidenti Gitanas Nauseda Litvanın LRT telekanalına bildirib.

O, hazırda alyans ölkələri arasında bununla bağlı intensiv müzakirələrin getməsinə baxmayaraq, Kiyev qarşısında müvafiq öhdəliklər barədə razılığın mümkün olacağına əminliyini ifadə edib. "Bəli, həqiqətən də bəzi məsələlər hələ həll olunmayıb, amma hesab edirəm ki, bu, yaxın bir neçə günün işidir", - Litva Prezidenti qeyd edib.

Nausėda həmçinin bildirib ki, Ukrayna Vilnüsdə keçiriləcək sammitdə çox şey əldə edəcək, lakin gözlədiyi qədər deyil. Bundan əvvəl Ukrayna prezidentinin ofisi Vladimir Zelenskinin NATO sammitinə yalnız Kiyevin alyansa qoşulmaq ərizəsinə cavab alacağı təqdirdə gələcəyinə işarə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu