Nigerdə ​​əcnəbilərin təxliyəsi davam edir


İyulun 26-da Qərbi Afrika ölkəsi Nigerdə ​​xunta hakimiyyəti ələ keçirdikdən sonra ölkədəki əcnəbilərin təxliyəsi üçün işlər davam edir.


İtaliya, İspaniya, Fransa və Yaponiya səlahiyyətliləri Nigerdəki vətəndaşlarının təxliyəsi ilə bağlı məlumat paylaşıblar.

Paytaxt Niameydən ilk iki təxliyyəni üzərinə götürən Fransadan sonra İtaliya üçüncü evakuasiya uçuşunu uğurla həyata keçirib.

İtaliyanın ANSA agentliyinin xəbərinə görə, Nigeri tərk etməyə qərar verən İtaliya vətəndaşları və digər xarici vətəndaşları daşıyan Hərbi Hava Qüvvələrinə aid Boeing 767 təyyarəsi Romanın Ciampino hava limanına enib.

İtaliyanın xarici işlər naziri Antonio Tajani sosial media hesabında "Hökumətimizin Nigeri tərk etməyə kömək etdiyi 36 İtaliya vətəndaşını və 32 xarici vətəndaşı Romada qarşıladım" - deyib.

İspaniyanın yerli mətbuatının verdiyi məlumata görə, Müdafiə və Xarici İşlər Nazirliyi dünən verdiyi açıqlamada Nigerdə ​​70 vətəndaşın təxliyyə əməliyyatı çərçivəsində ölkəyə təyyarə göndərməyə hazırlaşdığını bildirib.

Fransa Xarici İşlər Nazirliyindən verilən açıqlamada Nigerin paytaxtı Niameydən 2 təyyarənin təxliyyələr çərçivəsində Fransaya eniş etdiyi və bu uçuşlarla 350-dən çox adamın daşındığı bildirilib.

Açıqlamada Almaniya, İspaniya və İtaliya ilə yanaşı, Fransanın da olduğu bir çox ölkə vətəndaşlarının bu uçuşlara daxil edildiyi, üçüncü təxliyə təyyarəsi üçün hazırlıqlara başladığı qeyd edilib.

Yaponiyanın Kyodo agentliyinin xəbərinə görə, Yaponiya Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu Fransanın köməyi ilə 2 Yaponiya vətəndaşının təxliyə edildiyini açıqlayıb.

ABŞ vətəndaşlarının təxliyəsi ilə bağlı hələ açıqlama verməsə də, bəzi ABŞ vətəndaşlarının digər ölkələrdən evakuasiya uçuşları ilə Nigeri tərk etdiyi məlumdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu