Braziliyada narkotik qruplarına qarşı əməliyyat: 43 nəfər ölüb


Braziliyanın Rio-de-Janeyro şəhəri, San-Paulu və Bahia ştatlarında polisin narkotik qruplarına qarşı keçirdiyi əməliyyatlar nəticəsində 43 nəfər ölüb.


BBC-nin xəbərinə görə, Braziliya polisi Rio de Janeyro şəhərində narkotik qruplarına qarşı təşkil etdikləri əməliyyatda çıxan qarşıdurmada 10 nəfərin öldüyünü açıqlayıb.

Şəhərdə həyata keçirilən əməliyyatda öldürülən 10 nəfər arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstənin rəhbərinin də olduğu bildirilib.

San Paulo əyalətində 5 gündür həyata keçirilən Qalxan Əməliyyatında aralarında polis olmaqla 14 nəfər ölüb, ölkənin şimal-şərqindəki Bahia əyalətində isə 19 şübhəli zərərsizləşdirilib.

Sao Paulo sahilindəki Quaruja qəsəbəsində xüsusi təyinatlı polisin öldürülməsindən sonra başlayan Qalxan əməliyyatında polis 58 nəfəri saxlayıb və 385 kiloqram narkotik maddə ələ keçirib.

Quaruja əməliyyatını tənqid edən Braziliyanın ədliyyə naziri Flavio Dino polisin reaksiyasının törədilmiş cinayətlə mütənasib olmadığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu