Şimali Koreya: Ballistik raket ABŞ-Cənubi Koreya təliminə cavab olaraq buraxılıb


Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə təşkil etdiyi “Ulchi Freedom Shield (UFS)” hərbi təliminə cavab olaraq ballistik raketlər atdığını açıqlayıb.


Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) ABŞ və Cənubun birgə təşkil etdiyi “Ulchi Azadlıq Qalxanı (UFS)” təliminə cavab olaraq dünən 2 ballistik raket atıldığını bildirib.

Xəbərdə Şimala qarşı "ciddi təhdid" olaraq xarakterizə edilən təlimin öhdəsindən gəlmək üçün taktiki nüvə hücumu təlimi keçirildiyi qeyd edilib.

Cənubi Koreya ordusunun "hərbi dəstə" adlandırıldığı xəbərdə Şimali Koreya Xalq Ordusunun (KPA) Pxenyan Beynəlxalq Hava Limanından şimal-şərq istiqamətində 2 ballistik raket atdığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu