BMT Livandakı sülhməramlı missiyasını genişləndirir


Birləşmiş Millətlər Təşkilatı Livan Müvəqqəti Sülhməramlı Qüvvələrinin müddətini daha bir il uzatmağa qərar verib.


Qərar BMT Təhlükəsizlik Şurasında səsvermə yolu ilə qəbul edilib.

Səsvermədə Rusiya və Çin bitərəf qalıb, 13 üzv isə UNIFIL-in müddətinin bir il uzadılmasına səs verib.

UNIFIL-in mandatı ilə bağlı qətnamə layihəsi əslində dünən səsə qoyulmalı idi. Lakin bəzi üzv dövlətlər Fransanın təqdim etdiyi qətnamə layihəsinə qarşı çıxıblar. Danışıqların davam etdirilməsi üçün səsvermə bu günə təxirə salınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu