Çin ABŞ-ın viza məhdudiyyətinə cavab verəcəyini açıqladı


Çin rəhbərliyi ABŞ-ın Tibet Muxtar Bölgəsində yerli etnik azlığa mənsub təxminən 1 milyon uşağın dövlət internat məktəblərində məcburi assimilyasiya edilməsində rol oynadıqları səbəbiylə Çin rəsmilərinə tətbiq etdiyi viza məhdudiyyətinə cavab verəcəyini açıqlayıb.


Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin Pekində keçirdiyi gündəlik mətbuat konfransında ABŞ-ın viza tədbirinin Çinin daxili işlərinə açıq müdaxilə olduğuna işarə edərək, qərarı qəti şəkildə rədd etdiklərini bildirib.

ABŞ-ın faktlara məhəl qoymadığını və Tibetlə bağlı yalanlara əsaslandığını müdafiə edən Vanq Çin rəsmilərinə qarşı qeyri-qanuni sanksiyalar tətbiq edildiyini, qarşılıqlılığa əsaslandığını, bu mövzuda Çini ləkələmək üçün şayiələr yaydığını və uzun müddət Tibetlə bağlı məsələlərdə iştirak edən bəzi ABŞ vətəndaşlarına viza məhdudiyyətləri tətbiq edəcəyini bildirib.

O, viza məhdudiyyəti olan şəxslərin kim olduğunu açıqlamasa da, Vaşinqton administrasiyasını Tibet haqqında dezinformasiya yaymağı dayandırmağa və Tibetlə bağlı məsələlərdən Çinin daxili işlərinə qarışmaq üçün istifadə etməyi dayandırmağa çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu