Avropa İttifaqından "iPhone 12" açıqlaması


Avropa İttifaqı (Aİ) Komissiyası Fransanın iPhone 12 satış qadağası qərarı ilə bağlı Komissiyaya və üzv ölkələrə məlumat verdiyini və üzv ölkələrin bu məhdudiyyəti nəzərdən keçirmək üçün 3 ay müddətinin olduğunu bildirib.


AB Komissiyasının sözçüsü Sonya Qospodinova Brüsseldə keçirilən gündəlik mətbuat konfransında Fransanın Apple iPhone 12 modelinin satışını dayandırma qərarı ilə bağlı Aİ-də aparılacaq proseslə bağlı açıqlamalar verib:

"Dünən Fransa səlahiyyətliləri Komissiyaya və digər üzv dövlətlərə Fransada iPhone 12 satışını məhdudlaşdırmaq üçün gördükləri tədbirlər barədə məlumat verdilər. Bu bildiriş Aİ-nin radio avadanlıqları cihazları ilə bağlı direktivində göstərilib və etibarlıdır".

Birlik qaydalarına uyğun olaraq bəzi məhsulların dövriyyəsini məhdudlaşdırmaq üçün tədbir alan və ya tədbir görən üzv ölkənin digər üzv ölkələri xəbərdar etməli olduğunu bildirən Qospodinova, üzv ölkələrin bu məhdudiyyətləri araşdırmaq və onlara etiraz edib-etməmək üçün 3 ay müddətinin olduğunu bildirib.

Qeyd edək ki Fransada elektron cihazların yaydığı elektromaqnit dalğalarının miqdarına nəzarət edən qurum 141 telefon modeli üzərində aparılan yoxlamalarda iPhone 12-nin Avropada icazə verilən radiasiya miqdarını keçdiyinin müəyyən edildiyini açıqlayıb.

Avropada bir telefon cibdə və ya əldə tutulduqda 4W/kq radiasiya miqdarına malik olmalı olduğu halda, iPhone 12 model telefonda bu miqdarın 5,74 Vt/kq olduğu ortaya çıxıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu