Qırğızıstan Tacikistanı ərazi iddialarından əl çəkməyə çağırıb


Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev Tacikistan hakimiyyətini Qırğızıstana qarşı ərazi iddialarından əl çəkməyə çağırıb.


AFN.az-ın məlumatına görə, bu barədə "24 KG" xəbər verir.

Kamçıbek Taşiyev qeyd edib ki, bu gün ötən il sentyabrın 15-16-da Batkəndə baş vermiş faciələrin ildönümüdür.

"Onlarla hərbçi və mülki şəxs həlak olub. Buna sərhəd məsələlərinin həll edilməməsi və qonşu ölkənin dövlətimizə hücumu səbəb olub. Mən dövlət sərhədinin demarkasiyası və delimitasiyası komissiyasının sədriyəm. Biz bu günə qədər məsələni sülh yolu ilə həll etməyə çalışmışıq və bunu davam etdiririk. Dövlət başçısı bizə tapşırıq verir ki, danışıqlar yolu ilə məsələləri həll edək. Amma eyni zamanda demək lazımdır ki, ötən il faktiki olaraq dövlətimizə qarşı təcavüz aktı törədilib. Gələcəkdə biz bu cür təcavüzə yol verməyəcəyik", – deyə Kamçıbek Taşiyev bildirib.

Onun sözlərinə görə, əvvəllər qonşu respublika Qırğızıstana ərazi iddiaları ilə çıxış edib: "Əgər qonşu ölkə ərazi iddialarından əl çəkməsə, biz də iddia edəcəyik. Bunun üçün bizim kifayət qədər gücümüz və imkanlarımız var. Bizim onlarla, hətta yüz illərlə əvvəl Tatarıstan Respublikasına keçmiş torpaqları qaytarmaq imkanımız var".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu