ABŞ: Sərbəst buraxılan 6 milyard dollarlıq aktivlər birbaşa İranın əlinə keçməyəcək


Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, İranla əldə olunan məhbus mübadiləsi razılaşması çərçivəsində "azad edilən" təxminən 6 milyard dollar birbaşa İranın əlinə keçməyəcək.


Kirbi “CNN International” kanalında jurnalist Kristian Amanpurun mövzu ilə bağlı suallarını cavablandırıb.

İranın humanitar ehtiyaclar və kənd təsərrüfatı məhsulları üçün pul tələb edə biləcəyini ifadə edən Kirbi, “Sistem elə qurulacaq ki, bu pulu dərman, qida və kənd təsərrüfatı məhsulları alacaq satıcılara verəcəyik, sonra da çatdıracağıq. İran bu pula toxuna bilməyəcək” - deyə bildirib. Eyni zamanda qeyd edib ki, əgər bu prosesdə bir şey səhv olarsa, əməliyyatı dayandıra və vəsaitləri yenidən dondurmaq imkanları var: “Biz bunu yalnız İranın uzun müddətdə aldatmağa çalışacağını və ya vəsaitləri hər hansı bir uyğunsuzluğa yönəldəcəyini düşünsək edəcəyik. Çünki bütün bu prosesi ABŞ Maliyyə Nazirliyi izləyir".

Pulun Maliyyə Nazirliyinin müəyyən etdiyi şərtlərə uyğun istifadə ediləcəyini qeyd edən Kirbi, bu pulların necə və hansı məqsədlə geri çəkildiyinin izlənilə biləcəyini və son qərar səlahiyyətinin onlarda olacağını vurğulayıb.

Kirbi İranla nüvə əlaqələri məsələsinə də toxunub və nüvə məsələsinin mübadilə razılaşması ilə tamamilə ayrıca işləndiyini qeyd edib.

Məqsədlərinin bu razılaşma ilə İranla bir növ yaxınlaşma əldə etmək olmadığını ifadə edən Kirbi, problemin diplomatik yollarla həllinə üstünlük verəcəklərini, lakin hələlik heç bir səy və ya danışıqlar olmadığını bildirib.

O, mübadilə razılaşması qərarının prezident Bayden üçün asan olmadığını, lakin bunun amerikalıları gətirmək üçün edilməli olduğunu və müvəffəq olduqları üçün çox xoşbəxt olduqlarını ifadə edib.

Sərbəst buraxılan amerikalıların dəhşətli şəraitdə saxlandığını deyən Kirbi, onların cəmiyyətə yenidən inteqrasiya olunacağını, fiziki və ruhi sağlamlıqları üçün hər cür imkanların yaradılacağını bildirib. Kirbi onların ların haqsız yerə həbs edildiyini və bu şəxslərin ölkəni tərk etmələrinə icazə verilməyən 2 ailə üzvü ilə birlikdə ABŞ-a qayıdacaqlarını deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu